"Meqafan"da şarlar partladı, 6 nəfər xəsarət aldı
Tarix: 22-06-2019, 22:39
Baxılıb: 1 475
Google+ Paylaş
Tumblr Paylaş

"Meqafan"da şarlar partladı, 6 nəfər xəsarət aldı

22-06-2019, 22:39

"Meqafan" Əyləncə Mərkəzində insan tələfatı və yanğınla nəticələnən partlayışın baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bunu Report-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.
E.Hacıyev bildirib ki, həmin əyləncə mərkəzində ailə tədbirlərinin birində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Nəticədə 2 azyaşlı və 4 böyük olmaqla 6 nəfər yüngül bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı animatorlar Xətai Rayon Polis İdarəsində dindirilərək izahatları alınıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ