DİN-dən silahlı insidentlə bağlı - Açıqlama
Tarix: 19-06-2019, 15:17
Baxılıb: 1 605
Google+ Paylaş
Tumblr Paylaş

DİN-dən silahlı insidentlə bağlı - Açıqlama

19-06-2019, 15:17

Daxili İşlər Nazirliyi Neftçala rayonunda baş verən silahlı insidentlə bağlı açıqlama yayıb.
Avromedia.az xəbər verir ki, iyunun 19-da Neftçala rayonunun Astanlı kəndi ərazisində kənd sakini M.Məmmədovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Ş.Fərzəliyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Ş.Fərzəliyev xəstəxanaya yerləşdirilib.
Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb, ondan cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb.
Məlumata görə, M.Məmmədov Ş.Mirzəyevi qısqanclıq zəminində güllələyib.
Ş.Mirzəyev onun yaxın qohumna sataşıb və bu səbəbdən onların arasında münaqişə yaranıb.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ