Yunus Oğuzun "Cığır"ı Azərbaycanı gəzməyə davam edir- ŞƏKİ
Tarix: 7-10-2022, 12:40
Baxılıb: 1 576
Google+ Paylaş
Tumblr Paylaş

Yunus Oğuzun "Cığır"ı Azərbaycanı gəzməyə davam edir- ŞƏKİ

7-10-2022, 12:40

Oktyabrın 6-da Şəki rayonu Mədəniyyət Mərkəzində tarixi romanlar yazarı, publisist Yunus Oğuz ilə görüş keçirilib.

Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın - "Cığır"ın müzakirə olunduğu tədbirdə 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Məmmədov, Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə və ölkəmizin haqq işinə dəstək məqsədi ilə öz təqaüdündən cəbhəyə dəstək göndərən Şəki şəhər sakini Hikmət Musayev qonaq qismində iştirak ediblər.

Tədbirin aparıcısı Şəki Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin bölmə müdiri Dilbər Yaqubova Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra qonaqlar "Cığır" romanı haqqında fikirlərini səsləndiriblər.

Tədbirin sonunda tədbir iştirakçılarına "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.






скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ