Vətən qarşılıqsız sevilər
Tarix: 22-09-2022, 13:10
Baxılıb: 1 019
Google+ Paylaş
Tumblr Paylaş

Vətən qarşılıqsız sevilər

22-09-2022, 13:10

İqtisadçı alim, hüquqşunas, publisist, "Turan Araşdırma Mərkəzi"nin (TAM) sədr müavini Cavid İsmayılın "Vətən qarşılıqsız sevilər” adlı növbəti kitabı çapdan  çıxıb.

Avromedia.az TAM-dan aldığı məlumata əsasən bildirir ki, kitab nəfis şəkildə "Elm və Təhsil" nəşriyyatında çap edilib. Kitabın redaktoru Türkiyə Cümhuriyyətinin Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Prof.Dr. Aygün Attardır.

Publisist – analitik məqalələr toplusundan ibarət olan kitabda milli kökə bağlılıq, vətənpərvərlik, vətən təəssübkeşliyi, hər bir vətən oğlunun vətən maraqlarına sipər olmağı, vətən sevgisinin hər kəs üçün qırmızı xətt olmalı olduğu dəyərləndirilir.

Kitabda kənar mənfur qüvvələrdən, dövlətçiliyimizə düşmən kəsilənlərdən, adı özümüzdən olub vətənə xəyanət edənlər və zaman-zaman belə qüvvələrin “dövlət sevər”, “Vətən sevər”, “milli kökə bağlılıq” libasına bürünmələrindən söz açılır və cəmiyyətimizdə belə qüvvələrə qarşı xalq və dövlət birliyinin daha da sıx olması və belə qüvvələrə qarşı mübarizliyindən bəhs edilir.


                  


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ