Kiçik dünyanın böyük insanları
Tarix: 24-02-2022, 14:05
Baxılıb: 2 149
Google+ Paylaş
Tumblr Paylaş

Kiçik dünyanın böyük insanları

24-02-2022, 14:05

ƏSGƏR ÖLMÜR - ŞƏHİD OLUR!


Avromedia.az xəbər verir ki, ötən gün Cəmşid Naxçıvanskidən adına Hərbi Liseydə Milli Mədəniyyətin Təbliği İctimai Birliyin rəhbəri,Filologiya üzrə fəlsəfə doktoru Jalə xanım Cəfərovanın "Kiçik dünyanın böyük insanları" adlı kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə açan polkovnik Müslüm Nəsirov XX əsrin ən dəhşətli faciəsi olan "Xocalı soyqırımı"ndan geniş və məzmunlu çıxış etdi.Tarixə yazılan 44  günlük haqq savaşımızda torpaqlarımızın mənfur düşməndən azad olunmasında ölümün gözünə dik baxa-baxa Vətən torpaqlarını şirin canından üstün tutan Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla və ehtiramla yad edildi.Zalda əyləşən Hərbi Litseyin  kursantları və tədbir iştirakçılaıyla birgə Dövlət Himnimiz qürur və iftixarla oxundu.

Tədbirdə yüksək rütbəli hərbçilərimizin,şəhid ata - analarının və digər ziyalılarımızın çıxışları,həmçinin Hərbi Liseyin kursanlarının söylədiyi ürək kövrəldən vətənpərvər şeirlər tədbir iştirakçılarının göz yaşlarına hakim kəsildi.

Tədbirin sonunda şəhid ailələri ilə xatirə olaraq şəkil çəkildi.

RƏSMİYYƏ HEYBƏTAĞAQIZI






скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ