2021-ci ildə ən çox satılan kitabların adları açıqlandı
Tarix: 30-12-2021, 17:47
Baxılıb: 2 068
Google+ Paylaş
Tumblr Paylaş

2021-ci ildə ən çox satılan kitabların adları açıqlandı

30-12-2021, 17:47

Ölkənin kitab ticarətində xüsusi yeri və çəkisi olan “Libraff” kitab mağazaları şəbəkəsi 2021-ci ildə ən çox satılan yerli və xarici ölkə müəlliflərinin kitablarının adlarını açıqlamışdır. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yerli müəlliflərə aid ən çox satılan kitablar arasında Nizami Gəncəvinin “Xəmsə”, Ramiz Rövşənin “Bu dünyanın hər sifəti”, Çingiz Abdullayevin “Qırılmış əlaqə”, Varisin “Uzaqdan gələn yağış”, Elxan Elatlının “Yeddinci mərtəbədə qətl” və “Cəhənnəmdən gələn səs” kitabları, “44 fəsil” hekayələr toplusu yer almışdır. Habelə sənədli kitablar – 44 günlük müharibənin anlarını özündə əks etdirən “44 gün anbaan”, eləcə də Vüsalə Məmmədovanın “Əsir düşərgəsi” kitabı da çox satılanlar arasındadır.

Xarici ədəbiyyatdan ən çox satılanlar sırasında Osne Seyerştadın “Kabildə bir kitabçı”, Vulf Dornun “Oyunbaz”, “Psixiatr” və “Şizofrenik”, Cek Londonun “Martin İden”, B.A. Parisin “Bağlı qapılar arxasında” kimi romanları qərarlaşmışlar. Bu sıralanmada daha çox motivasiya və özünüinkişafa aid Entoni Robbinsin “Hüdudsuz güc”, Maykl Qregerin “Necə ölməməli”, Kelli Makqonikalın “İradə gücünün inkişafı”, Kinsunun “Yol sənin içindədir”, Daniel Kanemanın “Cəld və yavaş düşünmək”, Çey Eşerin “13 səbəb”, Rayan Holideyin “Eqo düşməndir”, Luiza Heyin “Sən həyatını yaxşılaşdıra bilərsən”, eləcə də “HBR: Oxunmalı onluq” seriyasından “Strategiya”, “İnnovasiya” və “Liderlik” kimi kitablar yer almışdır

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ