Allahım, abrımı alma əlimdən
Tarix: 22-02-2021, 12:17
Baxılıb: 3 385
Google+ Paylaş
Tumblr Paylaş

Allahım, abrımı alma əlimdən

22-02-2021, 12:17

Üzümdə bir damcı həya qalıbsa, 
Allah,  o   həyamı alma əlimdən.
Bəndən haqq sözünü yada salıbsa ,
Bir kəlmə yalan söz çıxmaz dilimdən,
Allahım , abrımı alma əlimdən.

Çoxalıb yolunu azan adamlar,
Dağılır xanıman, mülklər,  o damlar ,
Haqqı söyləyəni haqsızlar damlar.
Məni zirvələrə qaldır, əlimdən,
Allahım, abrımı alma əlimdən.

Hər günahı Rəbbim , sanma bağışlar,
Şər günahı yumaz leysan yağışlar.
Yalvarar Rəbbimə məsum baxışlar,
Gəl məni ayırma doğma gülümdən,
Allahım, abrımı alma əlimdən.

Kafirlər əlində inləyir dünya,
Dağıdır aləmi , dinləyir dünya
Niyə yaxşıları dənləyir dünya?
Günlər ağır keçir, ili ilindən,
Allahım , abrımı alma əlimdən .
Allahım, abrını alma əlimdən.

Dünyanı  məhf edir , sökür şeytanlar,
Məzlumun belini bükür şeytanlar
Gedər gəlməz yerə əkir şeytanlar,
Raufa xəbər ver doğma elimdən,
Allahım, abrımı alma əlimdən.
Rauf İLYASOGLU,

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ