23-01-2021, 11:30

 Əyyub Məmmədov. jurnalist, şair             
Başladı Vətənin zəfər savaşı,
Yağdı göydən yerə mərmi yağışı
İgidlər davaya hey tələsirdi,
Hamı vətən üçün bir müsəlləhdi.


Elin mərd oğulları səfərbər oldu!
Düşmənə toy-divan, onda tutuldu
Partladı silahlar, gurladı toplar,
Vətən torpaqları azad olundu.


Nə oğullar qorxdu, nə də analar
Güc alıb irəli, dedilər onlar.
Düşmən üzərinə şimşəktək çaxıb,
Bu haqq savaşında döyüşdü onlar.


Döyüş meydanında verildi cavab
Məhv oldu yağı, gücü qalmadı.
Cıdır düzündə yallı gedənlər,
Əbədi rədd oldu, izi qalmadı.


İllərin əsiri, doğma Qarabağ,
Sevinc göz yaşları axıtdı o an
Alnına çəkilmiş qara ləkəni,
Silmişdi şərəfli Vətən əsgəri.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ