Yatmış şirin oyanışı
Tarix: 11-12-2020, 15:13
Baxılıb: 5 110
Google+ Paylaş
Tumblr Paylaş

Yatmış şirin oyanışı

11-12-2020, 15:13

Yazıçı sözü
Meymunlar havayı şirniyyatı çox sevir. Erməni şovinistləri özgə torpağı üçün sinov getdikləri kimi! Meymunlar üçün qurulan tələlər çox sadədir. Ağzı dar bir bardağı torpağa basdırırlar. Bardağın ağzı çox ensiz olur. Belə ki, meymun əlini ancaq açıq bardağa soxa bilər. Əlini yumurlasa bardağa girməz, yaxud əlini açıq halda bardağa soxsa elə açıq halda da çıxarmalıdır. Həmin bardağa bir parça şirniyyat qoyulur. Onun qoxusunu uzaqdan duyan meymun şirniyyat sevdası ilə əlini bardağa soxur, şübhəsiz ki, şirniyyatı götürmək üçün əlini yumurlayır. Di gəl ki, yumruqlanmış əli oradan çıxmır. Meymun ölsə də əlini açıb şirniyyatı buraxmır ki, buraxmır. Ovçu da elə bu an aramla, sakitcə meymuna yaxınlaşır, başını sığallaya-sığallaya onu ovlayır. Beləliklə, meymun bir parça şirniyyatın badına gedir, azadlıq əldə edənə kimi əllərdə oyuncağa çevrilir, gah komik vəziyyətə düşüb meydanlarda oynadılır, gah da faciəli şəkildə ağır işlərə cəlb olunur, körük basır…
Müharibə nə qədər dəhşətlər, məşəqqətlər gətirsə də öz xalqını faciəyə sürükləyən erməni millətçilərinin vəziyyəti həmin o meymunların kökündədir (Elə zaman-zaman da bu kökdə olub). Əllərindən Qarabağı buraxmaq istəmirdilər, dirəniş göstərirdilər, nəticədə dünya səhnəsində həm gülünc vəziyyətə düşdülər, həm də faciələrini dərinləşdirdilər. Nə tarixlə, nə də reallıqla razılaşdılar. Komediya aktyorları kimi oyun oynadılar. Elə düşündülər ki, nə qədər yaxşı oynasalar alqış qazanacaqlar. Amma reallıq başqadır.
BMT başda olmaqla dünyanın bütün nüfuzlu təşkilatları Ermənistanın siyasi rəhbərliyinə Qarabağ sevdasından əl çəkməyi başa salırdı. Erməni anaları övladlarını yad torpaqda ölməyə göndərmək istəmirdilər, bu xalqın böyük bir hissəsi baş götürüb ölkədən gedib. Bunun nəticəsidir ki, təkcə Abşeron yarımadasının əhalisi Ermənistandakı əhalidən çoxdur.
Erməni xalqının müəyyən bir zümrəsi müharibənin əleyhinədir. Amma meymun şirniyyatdan əl çəkmədiyi kimi erməni millətçiləri də Qarabağdan, onun ətrafında işğal etdikləri yeddi rayonlardan əl çəkmək istəmirdilər, sonra isə elə o meymun kimi gülünc vəziyyətə düşdülər.
Dünya tarixini yazan, bilən alimlər var. Şuşanın kimin tərəfindən, nə vaxt salındığı hamıya məlumdur: Cavanşir elatından Pənahəli xan tərəfindən. Bunu həqiqi erməni alimləri də bilir. Amma onların bir çoxu yalan danışmaq məcburiyyətindədir. Çünki böyük dövlətlərin əlində oyuncaq olan erməni mafiyası hakimiyyəti ələ alıb, istədiyini onlara dedirtdirir, əllərini yad torpaqlara soxdurur. Nəticədə sadə erməni xalqı, qonşu dövlətlər əziyyət çəkir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə desək dünyada böyük oyunlar gedir, onlar Ermənistanı əllərində oyuncaq ediblər. Nəticədə qonşu dövlətlər, sadə erməni xalqı ziyan çəkir.
Əslinə qalarsa vaxtilə Qafqazda nə erməni olub, nə də erməni dövləti. Adicə olaraq onların başını sığallaya-sığallaya qapaz vuranlar olub. Bir zamanlar Qafqaza, eyni zamanda Şərqə göz dikən dövlətlərə dünya okeanlarına çıxmaq üçün Şərq dövlətləri arasında dayaqlar, plasdarmlar lazım idi. Onlar bunun üçün erməni xalqını seçdilər. Görünür burada din, millətin xisləti amili də nəzərə alınıb.
Ona görə yox ki, onları çox sevirdilər. Ona görə ki, bu millət onlara lazım idi. Onların beyinlərinə qəribə, yalan bir ideologiya ilə doldurdular. “Siz vaxtilə böyük xalq olmusunuz, dövlətiniz böyük dənizlərə - Xəzərə, Qara dənizə, Aralıq dənizinə söykənib. Sizə dost bizik”.
Bu ideya hələ I Pyotrun dövründə mövcud olsa da o zaman onu həyata keçirmək tam mümkün deyildi. Amma erməni kilsəsi vasitəsi ilə xalqın beyninə yeridilirdi. Erməni xalqını bu yalana inandırmağa çalışırdılar və inandırırdılar da. Beləliklə nifaqın, məkrin bünövrəsi qoyulurdu.
Bu yerdə müdrik bir Şərq lətifəsi yada düşür. Bir gün Molla Nəsrəddin yalandan deyir ki, qonşu kənddə havayı halva paylayırlar. Bir də görür ki, hamı həmin kəndə doğru götürüldü. Camaatın bu hərəkətini görən Molla – birdən doğrudan da halva paylayarlar – deyib, özü də onların arxasınca qonşu kəndə yüyürür.
Erməni alimləri də çox zaman bu sadə lətifədən doğan axmaqlığın qəhrəmanına çevrilirlər. Xalqlarının da böyük bir hissəsini bu yalanlara inandırmağa çalışırlar. Şərqdəki əksər müharibələrdə ermənilər yaşadıqları, çörəyini yediyi, suyunu içdiyi ölkələrə xəyanət ediblər, ona görə də cəzalanıblar. Əmir Teymurdan üzü bəri.
Cəzalananda, daha dəqiq desək haqq öz yerini tapanda ermənilər həyasızlaşıb, şivən salıb, özlərini döyülmüş, məzlum bir xalq kimi qələmə veriblər.
Ermənilərin ən böyük “xoşbəxtliyi” Çar Rusiyasının Qafqazı istila etməsinə, Rusiya-İran müharibəsinə gedib çıxır. Əgər tarix araşdırılarsa Fətəli şahın dövründə vəlihəd Abbas Mirzə ilə rus generallarının yazışmaları var. Ruslar hər vəchlə erməniləri Qarabağa köçürməyə çalışırlar. Bu yazışmalardan görünür ki, hətta İranda illər uzunu məskunlaşmış, özlərinə rahat şərait qurmuş ermənilər özləri belə Qarabağa köçmək istəmirlər. Amma rus generalları inadlarından, hikkələrindən əl çəkmirlər. Çünki onlara Qafqazda plasdarm lazımdır. Nə zamansa istifadə üçün.
Arxivlər açılıb, həqiqət aşkarlandıqca yalanlar üzə çıxır. Bu gün bütün dünya alimləri bilir ki, İrəvan xanlığı olub, orada yalnız azərbaycanlılar yaşayıb, çar ordusu ilə sona kimi onlar vuruşublar. Bu gün dünya alimləri Zəngəzurda, Göyçədə, Dərələyəzdə vaxtilə kimlərin yaşadıqlarını yaxşı bilirlər. Ona görə də, ermənilərin qopardıqları şivənə günü-gündən inam azalır. İndi dünya iqtisadçıları bilir ki, erməni millətçilərinin həyasızlığından, yalanından təkcə qonşu dövlətlər deyil, erməni xalqı da böyük ziyan çəkib.
Azərbaycanın Ermənistandan İrəvanı, Zəngəzuru, Göyçəni, Dərələyəzi geri istəməyə haqqı olsa da onları deyil ötən əsrin 90-cı illərində ermənilərin zəbt etdikləri rayonları istəyirdi. O torpağı əkib-becərən insanları öz ata-baba torpaqlarına dinc yolla köçürmək arzusundaydıq. İstəyirdik ki, kommunikasiya xətləri Ermənistandan keçsin. Oradan şosse və dəmir yolları bizi və digər dövlətləri körfəz ölkələrinə, Türkiyəyə, daha sonra isə Avropaya aparsın. Azərbaycan Qarabağda məskunlaşan erməniləri də unutmurdu. Onlara Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək mədəni muxtariyyət vermək istəyirdi. Əslində vaxtilə belə muxtariyyət vardı. Ermənilərin orada öz dillərində məktəbləri, teatrı, ali təhsil ocağı vardı. İqtisadi cəhətdən Azərbaycanın digər yerlərinə nisbətən daha yaxşı təmin olunmuşdular. Amma nankorluq etdilər. Torpaq sevdasının tələsinə düşdülər. Bu tələni böyük dövlətlər qurmuşdu. Lazım gədikdə Ermənistanla qonşu ölkələri sarsıtmaq, onların sözü ilə oturub-durmasına itaət etməsi üçün. Amma gözlənilmədən Azərbaycan ordusunun dəmir yumruğu onları çaş-baş saldı. İndi bu
böyük və məkrli dövlətlər gah mıxa, gah da nala döyəcləyirlər. Bir tərəfdən hürürlər, o biri tərəfdən quyruqları əsir. Bilirsiniz nədən?! Elə isə deyim, 1989-cu ildə erməni-müsəlman, eləcə də SSRİ-nin başqa bölgələrində milli konfliktlər xüsusi xidmət orqanları tərəfindən törədilərkən dünyanın nüfuzlu diplomatlarından biri, uzun müddət SSRİ-nin xarici işlər naziri olmuş Andrey Qromıko sağ idi. O, Azərbaycanın zorən milli münaqişəyə cəlb olunduğunu gördükdə demişdi: “Yatmış şiri oyatmayın”.
Andrey Qromıko “yatmış şir” dedikdə təkcə Azərbaycanı nəzərdə tutmurdu. Türk-müsəlman dünyasına işarə edirdi. Bu xalqlar təkcə Şərqdə yaşamırlar, indiki Rusiya ərazisində onun coğrafiyası Dağıstandan tutmuş Volqaboyuna, kabardinlərdən, balkanlardan, çərkəzlərdən tutmuş Sibir xalqlarına qədər uzanır. Qromıko erməni-Azərbaycan konflikti ilə dünyanın silkələnməsindən çəkinir, başıpozuq siyasətçilərə bunu başa salmağa çalışırdı. Bu gün onun sözlərini qulaq ardına vurduğu üçün çoxları peşmandır. Ermənistanın baş naziri Nikol Paşinyanın isə çox güman ki, bundan xəbəri yoxdur. Xəbəri olsaydı Məşədi İbadı “dünyaya gətirən” Üzeyir bəyin ocağı – Cıdır düzündə yallı gedib, içkili vəziyyətdə meymunluq etməzdi. Zahirən “O olmasın, bu olsun” filminin qəhrəmanı olan Məşədi İbada bənzəyən Paşinyan ağıldan ondan da qat-qat geri qalır. Bilirsiniz niyə? Çünki filmin sonunda öz axmaqlığını, ağılsızlığını başa düşən Məşədi səhvlərini anlayır, doğru yola, haqqa gəlir. Paşinyanın ağlı isə öz sələfləri Koçaryanın, Sarkisyanın düşüncələrindən o yana keçmədi. İndi tamahından şaftalı tumu udan, amma mədəsindən çıxara bilməyən meymun kimi çırpınır. Amma çifayda.
Artıq yatmış şir oyanır. Ermənistan da, Paşinyan da ya öz haqsızlıqlarını başa düşüb, paklaşmalı, qonşu ölkələrlə əlaqələri möhkəmləndirməli, ya da yad əllər oynanılmalıdırlar. Bu oyunlar yadları deyil erməni analarını göz yaşlı qoyacaq. Bu gün bəzi ölkələr, Ermənistana özünü qəmxar, dost kimi göstərir. Bəs əslində necədir?
Bu məqalə ilə mən sağlam ruhlu erməni ziyalılarına müraciət edirəm. İnanmayın, onlar sizi əllərində oyuncaq edib oyanmış şirin caynaqlarına atacaqlar ki, Şərqi talayıb aparsınlar. Onlar Azərbaycan kimi, Türkiyə kimi, İran, Çin kimi, Pakistan kimi müstəqil siyasət yeridən dövlətləri sevmirlər, bu ölkələrdə hər cür çaxnaşma salmağa çalışırlar. Onların yardımı olmadan heç on nəfərlik terror qrupu belə
yaratmaq olmaz. Onların quyruqları qapı arasında qalanda geri çəkilirlər, itirən isə onların qarşısında quyruq bulayan dövlətlər olur. Dünyadakı vəhşiliklərin ssenarilərini də onlar cızırlar. Alen Dalles kimi. Bilirsinizmi Sumqayıt hadisələrinin də, Xocalı soyqırımının da arxasında onlar durublar, onlar törədiblər. İki xalq ararsında nifaqı əbədiləşdirmək üçün. Mən sizə deyirəm, açın arxiv sənədlərini görün Azərbaycan köçkünləri öz yurd-yuvalarından necə qovulublar. Ayaqyalın, başıaçıq. Onların ev-eşiklərinə od vurmayıblar. Qurulu qoyub çıxıblar. Bir baxın Azərbaycan ərazisindən çıxan erməni məxluqları nə edirlər? Hər-şeyi yandırıb-yaxıblar. İndi onların əməllərinə Ermənistan hökuməti cavab verəcək. Həmin təzminat erməni xalqının boğazından kəsiləcək. Bilirisiniz onlar niyə həmin binalara od vurublar. Cavabını sizə bir Şərq pritça ilə verəcəyəm.
Bir gün iki müxtəlif tayfalardan olan iki qadın bir uşaq üstündə mübahisə edirlər. Biri deyir uşaq mənimdir, o biri də deyir mənimdir. Münaqişə elə qızışır ki, az qala iki tayfa bir-birini qıracaqmış. Bir müdrik ortaya girib deyir:
- Deyirlər, filan şəhərdə bir ədalətli qazi var. Uşağın kimin olduğunu yalnız o müəyyən edə bilər.
Hər iki tayfanın nümayəndələri qadınlarla birgə qazinin yanına gəlirlər. Qadınlar elə şivən salırlar ki, qazi onların sözündən heç nəyi ayırd edə bilmir. Nəalac qalıb deyir.
- Görürəm ki, bir uşağa görə iki tayfa bir-birini qıracaq. Bu qırğının qarşısının alınmasının bir əlacı var. Mən uşağı simmetrik iki yerə böldürəcəyəm. Hər tayfaya bir hissəsini verəcəyəm. Dirisini bölə bilmədik, heç olmasa ölüsünü bölək!
Qazinin işarəsini cəllad müntəzir olur. Qılıncı göyə qaldıranda qadınlardan biri qışqırır:
- Parçalamayın, uşaq mənim deyil.
Mizan tərəzisi düz gələn qazi gülümsünür və üzünü həmin qadına tutur:
- Məni kimisə aldada bilməz. Götür, uşaq sənindir.
Nə dediyim aydındırmı? Heç kimin yaratdığını məhv etməyə əli gəlməz. Əksinə onu qoruyar. Bax, ermənilərin viran qoyduğu mülklər, ağaclar, təbiət onların olsaydı qırmağa, yandırmağa əli gəlməzdi.
Azərbaycan televiziyasında bir ağdamlı xanım çıxış edir: Bildirir ki, biz qaça-qaça hazırlaşırdıq, anam isə deyirdi ki, gedin şlanqı o ağacın altına qoyun, bu ağacın altına qoyun. Bu bəşəri hissdir.
1940-cı ildə Sovet qoşunları Finlandiyanı işğal edəndə, bir ağsaqqal kişi ilə ağbirçək qadın da evlərini tərk etmək məcburiyyətində qalırlar. Evdən çıxa-çıxda, yaxınlıqda top, güllə səsləri eşidilir. O vurhavurun içində qadın həyətlərindən bir dəstə gül-çiçək dərib evə dönür, onu pəncərənin önündə güldana qoyur. Həyatları təhlükə altında olduğundan kişi qadına çımxırır:
- O, sənə nə verdi ki...
Qadın:
- Qoy görsünlər ki, burada insan yaşayıb.
Mən, bu hekayətlərdən savayı heç nə demirəm. Qiyməti özünüz verin. Bir də istəyirəm ki, Azərbaycanda hansı qurumsa “İki köç” adlı bir sənədli film çəksin. Azərbaycanlıların öz el-obalarından, ermənilərin isə işğal etdikləri Azərbaycan torpaqlarından köçlərini paralel təsvir etsinlər. Ona görə yox ki, münaqişə qızışsın. Ona görə ki, bir də belə vəhşiliklər olmasın.
Yenə ermənilərin sağlam zümrəsinə müraciət edirəm. Təhlil edin bu münaqişə, müharibə sizə nə verdi. Baxın, münaqişə başlayandan Azərbaycanın əhalisi təxminən 50 faiz artıb, Ermənistanın əhalisi isə 50 faiz azalıb. Pandemiya qurtaran kimi yenə yüzminlərlə sakin Ermənistanı tərk edəcək.
Maddi durumu gərgin olan Ermənistan bütün layihələrdən təcrid olundu, hərbi xərclərini artırdı. Əgər yollar, neft, qaz kəmərləri Ermənistandan keçsəydi, İpək yolunun bir ölkəsinə çevriləcəkdi. İndi bunu Ermənistanın yeni iqtisadiyyat naziri Vaan Kerobyan da başa düşür. Bildirir ki, sərhədlərin açılması ilə Ermənistan hər il yüz milyon dollarla xeyir götürə bilər. Görün koçaryanlar, sarkisyanlar sizi hansı dövlətlərin köləsi etmək istəyir, görün Paşinyan kimlərin sifarişini yerinə yetirir. Əgər hakimiyyətə erməni xalqını istəyənin birisi gəlsəydi, onda qonşu dövlətlərlə sizin əlaqələriniz gör nə qədər yaxşı olardı?!
Yenə də Ermənistanın sağlam zümrəsinə müraciət edirəm! Çalışın xalqınız Böyük Ermənistan xülyası ilə zəhərləyənləri cəzalandırın.
Təkcə ona görə yox ki, o torpaqlar sizin deyil. Hətta sizin olmuş olsa belə, o torpaqları sizə verməyəcəklər. Bu prinsiplə yanaşılsa onda Amerika gərək hindulara, indiki Rusiya ərazisi türklərə veriləydi və s.
Bu isə dünya müharibəsi deməkdir. Bütün ölkələrin BMT tərəfindən tanınan sərhədləri var. Azərbaycan da dünya dövlətləri tərəfindən tanınan torpaqlarını işğaldan azad edib.
Məsləhət bilərdim, yatmış şirləri oyatmayın. Əgər iş tarixi torpaqlara qalarsa onda nəinki Zəngəzur, Göyçə, Dərələyəz... hətta İrəvan əlinizdən gedər. Bu yerdə bir sənədli film də yada düşür. Belə ki, filmdə ağac altında yatan şir təsvir olunur. Meymun əlində dəyənək ağacdan asılıb şiri vurub tez-tez ağaca tullanır. Şir əvvəl əhəmiyyət vermir. Bir az keçmiş gözünü açır. Meymun şirə verdiyi narahatçılıqdan həzz alır, öz işindədir. Şiri vurub yenidən ağaca dırmanır. Nəhayət şir təmkinlə, ahəstə ayağa qalxır. Filmin sonunda bir ağacın altı təsvir olunur, ətrafda meymun kəllələri zığ vurur. İkinci Qarabağ savaşında təsvir olunan erməni dəbilqələri kimi.
Bu yazıda bir məsələni də xatırlamaq istəyirəm: Sumqayıt hadisələrini. Guya ermənilərə qarşı milli konflikti bu şəhərdə azərbaycanlılar törədiblər. Bu da Qarabağda milli ədavətin alovlanmasına təkan verib. İnanmayın.
Ailəsi ilə birlikdə 1941-1946-cı illərdə Sibirdə sürgündə olmuş mənim qayınanam Sumqayıt salınmağa başladığı gündən bu şəhərdə yaşamışdı. O, danışırdı ki, faciə baş verən günü mən pəncərədən baxırdım. O gün Sumqayıtda başları səliqəli qırxılmış, şıx geyinmiş gənclər zühur etmişdilər. Onların heç biri sumqayıtlı deyildilər. Hadisə vaxtı da onlar canfəşanlıq göstərirdilər. Biz sumqayıtlılar erməni qonşularımız onların əlinə keçməsin — deyə evimizdə gizlətmişik. O deyirdi ki, bəzi erməni ailələrini hüquq-mühafizə orqanları onların əllərindən alıb “Vaqif” kinoteatrına gətirəndə öz sürgünlük dövrümüz yadıma düşdü. Ağlamağa başladım.
Hamı yaxşı bilir ki, Sumqayıt hadisələri baş verəndə nə videoçəkiliş vardı, nə də indiki mobil telefonlar. O zaman çəkiliş üçün qabaqcadan hazırlaşmaq lazım idi. Bəs necə oldu ki, həmin hadisələr çəkildi, səhərisi gün Fransada nümayiş olundu. Belə çıxmır ki, bu cinayət qəfil törədilməyib, qabaqcadan hazırlanıb. Bir də, belə bir çəkilişin asanlıqla SSRİ-dən çıxarılmağı nə dərəcədə ağlabatandır. KQB buna icazə verərdimi?!
Başqa bir subut. Cinayətə başçılıq edənlərdən biri eməni idi. Ən böyük cinayətləri də o etmişdi. SSRİ prokurorluğu ona yüngül cəza vermişdi. İndi də Rusiya ərazisində yaşayır. Azərbaycan jurnalistləri ermənilər vasitəsi ilə onu tapıb müsahibə almaq istəyirlər. Tez-tez
yaşadığı şəhərləri dəyişdiyindən onu ələ keçirmək müşkülə çevrilib. Məgər Rusiyanın hüquq-mühafizə orqanları üçün onu tapıb, Sumqayıt hadisələrini açmaq belə çətindir?!
Hətta, o zaman SSRİ-yə başçılıq edən Mixail Qorbaçov belə ölkənin ən ali kürsüsündən sumqayıtlıların erməni qonşularını necə mühafizə etdiyini, qoruduğunu bildirdi. Onlardan biri də mənim Qüdrət adlı dostum idi. Ailəsi ötən əsrin 60-cı illərində Ermənistandan didərgin düşmüşdü. Sumqayıt hadisələri günü ona bir qadın yaxınlaşır, mən erməniyəm, kömək edin deyir. Qüdrət isə qıza-qoluma gir— deyir. Onu təhlükədən uzaqlaşdırır.
Bu gün mən başa düşürəm ki, Qüdrəti hansı təhlükə gözləyirdi. Təsəvvür edin ki, o anda o, xüsusi tapşırıqla gəlmiş adamların əlinə keçsəydi şübhəsiz məhv ediləcəkdi. Cinayətkar qurumlar belə işləri bağışlamırlar.
Bəli, bu gün yatmış şir oyanır. Həqiqəti bərpa etmək istəyir. Onu yatırmaq üçün əsrlərlə layla çalanlar bundan narahatdır. Zahirən özlərini sizin, yəni Ermənistanın dostu kimi göstərmək istəyirlər. Gözlərinizi tutmaq naminə başınıza sığal çəkirlər. Sizin düşməniniz qonşu dövlətlər deyil, sizi yad havalarla oynatmağa çalışan içərinizdəki siyasətçilərdir. Sadə erməni xalqını onlardan qoruyun!
Bizim qələbəmiz torpaqlarımızı işğaldan azad etməyimizdir. Sizin qələbəniz isə haqsızlığınızı etiraf edib paklaşmanız, qonşu dövlətlərlə əlaqələri inkişaf etdirmək ola bilər. Unutmayın, məkr bir insan kimi, bir dövləti, xalqı da məhv edə bilər.
Atababa İSMAYILOĞLU
Əməkdar Mədəniyyət işçisi
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ