Zelenski: Rusiya Azərbaycanda nüfuzunu itirir.
Tarix: Bu gün, 13:43
Baxılıb: 7 998
Google+ Paylaş
Tumblr Paylaş

Zelenski: Rusiya Azərbaycanda nüfuzunu itirir.

Bu gün, 13:43

Rusiya Azərbaycan, Ermənistan və Moldovada nüfuzunu itirir.
AvroMedia.Az  The Guardian-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiya son zamanlar beynəlxalq arenada bir sıra siyasi geriləmələrlə üzləşib və tədricən müxtəlif ölkələrdə təsirini itirir. 
Ukrayna Prezidenti qeyd edib ki, Moskva artıq Avropada və postsovet məkanında əvvəlki mövqeyini qoruya bilmir.
Zelenski vurğulayıb ki, Rusiyanın ayrı-ayrı ölkələrdə təsirini qorumaq cəhdləri uğursuzluğa düçar və xarici siyasəti daha da beynəlxalq təcridə səbəb olur.
Bundan əlavə, o, regiondakı bir neçə ölkədəki siyasi dəyişikliklərə istinad edərək, Moskvanın oradakı təsirinin zəiflədiyini iddia edib. O bildirib ki, bu, Rusiyanın qlobal siyasətdəki ümumi mövqeyində əks olunur və həm ölkənin xarici, həm də daxili siyasəti üçün uzunmüddətli nəticələrə səbəb ola bilər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ