Dubayın beşulduzlu lüks hotelləri, xarici turist axınının kəskin azalması səbəbindən fəaliyyətlərini davam etdirmək üçün yerli sakinlərə yönəlib. ABŞ və İsrailin İrana zərbələrindən sonra başlayan hərbi münaqişə regionda turizm sektoruna ciddi ziyan vurub. Hətta "Palma Cumeyra" adası və məşhur "Burj Al Arab" mehmanxanası da İranın raket və PUA hücumlarına məruz qalıb.
AvroMedia.Az xəbər verir ki, aprelin 8-də əldə olunmuş kövrək atəşkəs razılaşmasından sonra xarici turistlərin qayıdışı ləngidiyi üçün hotellər yerli sakinlər üçün qiymətləri 4 dəfəyədək (50%-dən çox) endiriblər.
"Anantara The Palm Dubai Resort"un baş direktoru Maykl Robinson bildirib ki, yerli turizm sayəsində həftəsonu doluluq nisbəti 70-90%-ə çatsa da, həftəiçi bu göstərici 20-30%-ə qədər düşür.
Ekspertlər xəbərdarlıq edir ki, yerli sakinlər hotellərdə maksimum 1-2 gecə qalırlar, beynəlxalq turistlər isə ən azı bir həftəlik gəlirdilər.
İyul ayında məktəb tətillərinin başlaması və ekspatların (əcnəbi işçilərin) ölkədən getməsi ilə hotelləri yeni böhran dalğası gözləyə bilər. Hazırda vəziyyətlə bağlı bəzi hotellər təmirə bağlanıb, işçilərin maaşları isə müvəqqəti olaraq azaldılıb.

Azad olunmuş ərazilərə ayrılan məbləğin detalları açıqlandı
Qızılın SON qiyməti.
9 İyunun strateji NƏTİCƏLƏRİ
Bir dilim qarpızın orqanizmə təsiri sizi təəccübləndirəcək
Azərbaycan neftinin yeni qiyməti bilindi.
Ürəyinizi qorumağa bunlar kömək edə bilər.
Ət yeyənlərdə insult riski çox olur
Səyahət zamanı dərmanları necə düzgün qablaşdırmaq olar?
Hərbiçilərin olduğu helikopter qəzaya uğradı.
Əsl kərə yağı, yoxsa bitki yağı?
Kondisionerlər ürəyə necə təsir edir?