Saakaşvili müalicədən imtina etdi
Tarix: 29-11-2022, 19:26
Baxılıb: 1 765
Google+ Paylaş
Tumblr Paylaş

Saakaşvili müalicədən imtina etdi

29-11-2022, 19:26

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili orqanizmində ağır metalların olub-olmaması ilə bağlı toksikoloji müayinədən keçməkdən imtina edib.

Bu sözləri Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.

"Biz Milli Ekspertiza Bürosuna müraciət edərək səhhətinin qiymətləndirilməsi üçün müraciət etdik və ekspertiza təyin olundu. Bu yaxınlarda vəkillərdən biri Mixail Saakaşvilinin mümkün zəhərlənməsi ilə bağlı da məlumat yayıb. Biz Ekspertiza Bürosundan toksikoloji ekspertiza keçirməyi xahiş etdik, lakin Mixail Saakaşvili özü bunda iştirakdan imtina etdi”, - Breqadze jurnalistlərə bildirib.

Qeyd edək ki, həkimlərin rəyinə əsasən, M.Saakaşvilinin orqanizmində 3 ağır metal aşkar edilib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ