Erməni mayor azərbaycana işləyirmiş?- ŞOK İDDİA
Tarix: 29-11-2022, 12:19
Baxılıb: 1 759
Google+ Paylaş
Tumblr Paylaş

Erməni mayor azərbaycana işləyirmiş?- ŞOK İDDİA

29-11-2022, 12:19

Ermənistanda xarici xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan zabit saxlanılıb.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmətin hərbi əks-kəşfiyyat departamentinin həyata keçirdiyi əməliyyat nəticəsində məlum olub ki, Ermənistan vətəndaşı, N saylı hərbi hissənin mayoru 2021-ci ilin iyulunda xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilib və onlarla işləmək haqqında razılaşma imzalayıb.

Məlumatda qeyd olunub ki, Ermənistandakı hərbi hissələrdən birinə rəis təyin olunduqdan sonra zabit xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığın davam etdirilməsi təkliflərini qəbul edib və hərbi sahədə dövlət və rəsmi sirr təşkil edən məlumatların toplanması və verilməsini ödənişli olaraq öz üzərinə götürüb.

Saxlanılan şəxs 2022-ci ilin fevral-noyabr ayları ərzində ötürdüyü məlumatlara görə xarici xüsusi xidmət orqanlarından müxtəlif vaxtlarda 19.700 dollar pul alıb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, mayorun hansı xüsusi xidmət orqanına işlədiyi haqda məlumat verilməyib

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ