Rusiya ABŞ-la danışıqları niyə ləğv etdi?
Tarix: 29-11-2022, 08:13
Baxılıb: 1 020
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya ABŞ-la danışıqları niyə ləğv etdi?

29-11-2022, 08:13

Rusiya diplomatları birtərəfli qaydada amerikalı həmkarları ilə strateji hücum silahları məsələlərinə dair görüşdə iştirakdan imtina ediblər.

Məlumata görə, Strateji Hücum Silahları Müqaviləsi çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin görüşləri noyabrın 29-dan dekabrın 6-dək Qahirədə keçirilməli idi.

Rusiya birtərəfli qaydada görüşü təxirə salıb və yeni tarixlər təklif edəcəyini bildirib.

Qeyd edək ki, Rusiya və ABŞ diplomatları arasında görüş Ukrayna müharibəsinin başlanmasından bəri ilk görüş olmalı idi və iki ölkə arasında siyasi dialoqun bərpasına ümidlər yaratmışdı.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ