Tarix: 28-11-2022, 08:24
Baxılıb: 2 749
Britaniya Ukraynaya yenidən yardım etdi
28-11-2022, 08:24
Böyük Britaniya gələn il Ukraynaya hərbi yardımını artıra bilər.
Müvafiq bəyanatla baş nazir Rişi Sunak çıxış edib.
"Biz Ukraynaya nə qədər lazımdırsa, dəstəyimizi davam etdirəcəyik. Gələn il hərbi yardımımızı davam etdirəcəyik və ya artıracağıq. Ukraynalıları və onların güvəndiyi kritik infrastrukturu qorumaq üçün yeni hava hücumundan müdafiə yardımı göstərəcəyik", - Sunak deyib.
O, həmçinin Böyük Britaniyanın uzunmüddətli strategiyasını dəyişmək niyyətindədir. Dəyişikliklərin tam olaraq nədən ibarət olacağı hələ tam aydın deyil, lakin Sunak "inkişaf" ehtiyacından danışır.
Britaniyanın baş naziri bildirib ki, ölkənin opponentləri uzunmüddətli planlar qurur. Ona görə də Britaniya da uzunmüddətli planlaşdırmaya keçmək niyyətindədir
скачать dle 12.1