Tarix: 26-11-2022, 16:23
Baxılıb: 4 024
Hulusi Akardan ABŞ açıqlaması
26-11-2022, 16:23
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar antiterror əməliyyatları ilə bağlı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana məruzə edib.
Bildirilir ki, məruzədə H.Akar ABŞ-ın “Buraya girməyin, bu bizim nəzarətimizdədir” xəbərdarlığı etdiyini, buna baxmayaraq əməliyyatın aparıldığını vurğulayıb.
Bundan başqa, “Pəncə-Qılınc” hava əməliyyatında həm Rusiyadan, həm də ABŞ-dan istənilən dəstəyin verilmədiyi də vurğulanıb.
Akar təqdimatında hava əməliyyatları ilə bağlı son vəziyyəti çatdırıb və ən qısa zamanda quru əməliyyatının həyata keçiriləcəyini bildirib.
скачать dle 12.1