Şamil Ayrımın son durumu ilə bağlı açıqlama
Tarix: 23-11-2022, 18:26
Baxılıb: 1 736
Google+ Paylaş
Tumblr Paylaş

Şamil Ayrımın son durumu ilə bağlı açıqlama

23-11-2022, 18:26

Hazırda müalicəm davam edir. Allaha şükür, yaxşıyam.

Bu sözləri səhhəti ilə bağlı açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

“İnşallah, 10-15 gün içərisində xəstəxanadakı müalicə müddəti tamamlanacaq. Səhhətimlə maraqlanan, zəng edən, ziyarətimə gələn hər kəsə təşəkkür edirəm”, - Ayrım bildirib.

Qeyd edək ki, oktyabrın 20-də Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən avtomobil qəzasına düşmüşdü.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ