Nikolun şərəfsizcə danışdığı bir yalan daha üzə çıxdı
Tarix: 3-10-2022, 15:48
Baxılıb: 1 677
Google+ Paylaş
Tumblr Paylaş

Nikolun şərəfsizcə danışdığı bir yalan daha üzə çıxdı

3-10-2022, 15:48

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanı erməni hərbi əsirləri qaytarmamaqda ittiham edib.

Paşinyan bildirib ki, Azərbaycan hərbi əsirləri qaytarmaqla bağlı iki dəfə söz versə də, sözünü tutmayıb.

Erməni baş nazirin iddiasına görə, birinci dəfə may ayında Brüsseldəki danışıqlarda, ikinci dəfə isə bir neçə gün öncə Vaşinqtonda (28 sentyabrda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-da Prezident Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü nəzərdə tutulur) Azərbaycan sentyabrın 30-na kimi 17 erməni əsiri buraxmağa söz vermişdi.

Azərbaycanı hərbi əsirləri qaytarmamaqda ittiham etməklə Paşinyan şərəfsizcəsinə yalan danışır. Artıq 2020-ci ilin dekabr ayında Azərbaycanda bir nəfər də olsun hərbi əsir qalmamışdı, hamısı buraxılmışdı. Hətta ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev müharibə zamanı saxlanılmış bütün ermənilərin Azərbaycan tərəfindən dərhal qaytarıldığını demişdi. Azərbaycanda qalanlar isə hərbi əsir yox, terrorçu-diversantlardır. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanatdan 16 gün sonra, 26 noyabrda qanunsuz şəkildə Azərbaycan ərazisinə daxil olan terrorçu-diversantlar “Azərsell”in texniki də daxil olmaqla, 4 nəfəri qətlə yetirmişdilər.

Buna baxmayaraq, Azərbaycan humanizm prinsipi göstərərək, onlardan terror fəaliyyətində birbaşa iştirak etməyənləri geri qaytardı, digər ittiham olunanlar isə cəza müddətinin azaldılması ilə həbsdən azad edildi.

Ən sonuncu dəfə qaytarılma sentyabrda olub: Azərbaycan təxribatçıların 5-ni bu ilin sentyabrın 8-də azad edərək Ermənistana göndərdi.

Paşinyanın sentyabrın 28-də Vaşinqton görüşü zamanı 17 hərbi əsirin sentyabrın 30-na kimi buraxılması ilə bağlı Azərbaycanın verdiyi sözü xatırlatmasına gəlincə... Erməni baş nazirin məqsədi bəllidir, mövcud durumdan istifadə edib Azərbaycana şər atmaq istəyir.

Burada söhbət 12-14 sentyabrda Ermənistan ordusunun törətdiyi təxribat zamanı əsir götürülən 17 hərbçidən gedir. Paşinyan deyir ki, bəs, Azərbaycan sentyabrın 28-də Vaşinqtonda söz vermişdi ki, iki gün sonra, yəni ayın 30-da həmin əsirləri qaytaracaq.

Əvvəla, bu, Paşinyanın iddiasıdır. Azərbaycan tərəfi iki günə 17 hərbi əsiri qaytaracağı barədə açıqlama verməyib. İkincisi, Hikmət Hacıyev 28 sentyabrda ABŞ-da 30 sentyabra qədər əsirlərin qaytarılmasına necə söz verə bilərdi? Hikmət Hacıyev o görüşdən dərhal sonra təyyarəyə otursa belə 30 sentyabrda Bakıya gəlib çata bilməyəcək. Bu nə absurd iddiadır?

Digər tərəfdən, əsirin qaytarılması uzun bir prosedurdur. Əsir mal-qara deyil ki, dərhal qabağına salıb o tərəfə ötürəsən.

Üçüncüsü də, Paşinyan hansı haqla Azərbaycanı verdiyi sözə əməl etməməkdə ittiham edir? 44 günlük müharibənin bitməsindən 2 ilə yaxın müddət keçir. Ermənistan 10 noyabrda imzalanmış bəyannamənin indiyə qədər hansı şərtini yerinə yetirib? Qarabağda qanunsuz erməni silahlı quldur birləşmələri hələ də qalmaqdadır. Onların çıxarılması istiqamətində hələ də bir addım atılmayıb. Əksinə, quldurların silahlandırıldığını görürük, özü də rus sülhməramlılarının gözləri qarşısında. Hətta bu quldurlar Ordumuzun əsgərlərinə qarşı təxribatlar da törədir.

10 noyabr bəyanatında açıq mətnlə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında MANEƏSİZ YOL, yəni dəhliz məntiqi ilə yol açılması nəzərdə tutulsa da, Paşinyan min bir hiylə ilə verdiyi vəddən yayınır. Əvəzində isə əsir söhbəti edir.

Qəribədir: ayda bir dəfə təxribat törədəcəksən, qarşıdurma yaradacaqsan və əsgərlərin əsir düşəcək, sonra da onların geri alınması üçün danışıqları pozub, bəhanələr gətirəcəksən... 10 noyabr bəyanatından 16 gün sonra terrorçu-diversantların Azərbaycan ərazisində nə işi vardı ki, əsir də götürüləydilər? Yaxud 12 sentyabrda hücum edib, Azərbaycanın 80 əsgərini niyə şəhid etməli idin ki, darmadağın olasan, yenə başqa ölkə liderlərinə yalvarasan, yüzlərlə əsgərin məhv edilsin və əsir düşsün?.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ