Türkiyədə terror aktı üçün hazırlıq görənlər məhv edildi
Tarix: 24-09-2022, 22:35
Baxılıb: 1 180
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyədə terror aktı üçün hazırlıq görənlər məhv edildi

24-09-2022, 22:35

Türkiyənin təhlükəsizlik qüvvələri dövlət sərhədi boyunca və ölkə daxilində antiterror əməliyyatlarını davam etdirir. Bu çərçivədə aviasiyanın dəstəyi ilə ölkənin şərqində daha bir uğurlu əməliyyat keçirilib.
Avromedia.az Türkiyə Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, “Ərən Abluka-34” antiterror əməliyyatı nəticəsində axtarışda olan daha üç terrorçu zərərsizləşdirilib.
Zərərsizləşdirilən “Dicle Botan” ləqəbli Hacər Suçin və “Diren Van” ləqəbli Aliyə Kiyənin ələ keçirilməsi üçün 1 milyon türk lirəsi (təxminən 55 min ABŞ dolları), “Amed Ader” ləqəbli Haticə Ay üçün isə 500 min türk lirəsi (təxminən 27.7 min ABŞ dolları) vəsait ayrılmışdır.
Bildirilir ki, bu təhlükəli cinayətkarlar antiterror əməliyyatı həyata keçirilən zaman terror aktı hazırlığında olublar.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ