Rusiyada mitinqə çıxan kişilərə çağırış vərəqəsi gəldi
Tarix: 22-09-2022, 15:55
Baxılıb: 1 449
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada mitinqə çıxan kişilərə çağırış vərəqəsi gəldi

22-09-2022, 15:55

Rusiyada səfərbərliyə qarşı etirazlar zamanı saxlanılan kişilərin əksəriyyətinə çağırış vərəqəsi veriblər.

Məlumatı təsdiq edən fotoları sosial şəbəkələrdə aksiyada iştirak edən şəxslər paylaşıblar.

Həmin şəxslərə tibbi müayinədən keçmək üçün hərbi komissarlığa yaxınlaşmaq tapşırılıb. Çağırış vərəqəsini imzalamaqdan imtina edənlər isə cinayət işi ilə hədələniblər.

Xatırladaq ki, dünən – sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

Putin bəyan edib ki, qismən səfərbərlik tədbiri Rusiyanı, onun suverenliyini, ərazi bütövlüyünü qorumaq və Rusiya xalqının təhlükəsizliyini təmin etmək üçün qəbul edilib.

Bu qərara etiraz edən bəzi Rusiya vətəndaşları ölkənin müxtəlif şəhərlərində səfərbərliyə qarşı etiraz aksiyaları keçiriblər. Təkcə ötən gecə keçirilən aksiyalarda 1 026-dan çox adam saxlanılıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ