Lvovda üçtərəfli görüş başa çatdı- YENİLƏNİB
Tarix: 18-08-2022, 20:28
Baxılıb: 1 096
Google+ Paylaş
Tumblr Paylaş

Lvovda üçtərəfli görüş başa çatdı- YENİLƏNİB

18-08-2022, 20:28

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başa çatıb.

Lvov şəhərindəki Pototski sarayındakı görüş 40 dəqiqə davam edib.

Mətbuata qapalı keçirilən üçtərəfli sammitdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da iştirak edib.

xxx

19:02

Lvovda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başlayıb.

Pototski sarayındakı görüşün yerli vaxtla saat 16:50-də (Bakı vaxtı ilə 17:50-də - red.) başladığı bildirilib

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ