Rusiyada vəfat edən qazimizin nəşi vətənə gətirildi
Tarix: 18-08-2022, 16:49
Baxılıb: 1 787
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada vəfat edən qazimizin nəşi vətənə gətirildi

18-08-2022, 16:49

Rusiyada vəfat edən Vətən müharibəsi qazisi Elşən Etibar oğlu Həsənovun nəşi artıq vətənə gətirilib.

Bu barədə qazinin atası Etibar Həsənov məlumat verib.

O bildirib ki, E. Həsənov doğulduğu Ağcabədi rayonu Qiyaməddinli kəndində dəfn olunacaq:

“Hələ hava limanındadırlar. Dövlət tərəfindən təşkil olunan təcili tibbi yardım avtomobili ilə birbaşa evə gətirəcəklər”, - Etibar Həsənov deyib.

Rusiyaya işləmək üçün gedən Elşən Həsənovun böyrəklərində problem yaranmışdı. Komaya düşən qazimiz Sankt-Peterburqun Puşkin şəhərindəki özəl klinikalardan birində müalicə alırdı. Qazi avqustun 15-də Sankt-Peterburqda müalicə aldığı xəstəxanada vəfat edib.

Allah rəhmət eləsin!

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ