Çindən ABŞ-a tarixi dərs
Tarix: 18-08-2022, 08:39
Baxılıb: 1 104
Google+ Paylaş
Tumblr Paylaş

Çindən ABŞ-a tarixi dərs

18-08-2022, 08:39

Çin Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin direktor müavini Zhao Lijian tviterdə ABŞ-ın dünya səhnəsindəki istismarını lağa qoyaraq, Amerika hakimiyyətinə İraq, Əfqanıstan və bir sıra digər ölkələrdə törətdikləri cinayətləri xatırladıb.

Lijian bildirib ki, “Hər kəs əslində kim olduğunu aydın başa düşməlidir. Həm də ölkələr”.

Paylaşımda Vaşinqtonun bilavasitə iştirak etdiyi hərbi münaqişələr, o cümlədən Xirosima və Naqasakinin nüvə silahı ilə bombalanması, Koreya və Vyetnam müharibələri, İraq və Əfqanıstanın işğalı, Pakistandakı hərbi kampaniya, Yuqoslaviyanın bombalanması əks olunub.

XİN sözçüsü vurğulayıb ki, ABŞ özünü superqəhrəman kimi apardığını düşünür, digər ölkələr isə ancaq dağıntı və insan iztirablarını görür

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ