Zelenskidən bədbin proqnoz: Müharibə dayanmayacaq
Tarix: 18-08-2022, 08:16
Baxılıb: 1 029
Google+ Paylaş
Tumblr Paylaş

Zelenskidən bədbin proqnoz: Müharibə dayanmayacaq

18-08-2022, 08:16

Rusiya Federasiyası Ukraynaya qarşı müharibəni dayandırmaq istəmir, ona görə də sülh danışıqları üçün vasitəçilər tapmaq mümkün deyil.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Çili universitet ictimaiyyətinə müraciəti zamanı deyib.

O, Ukraynanın hər an genişmiqyaslı işğalın başlaya biləcəyini bildiyi üçün illərdir danışıqlara can atdığını, lakin Rusiyanın dövləti və ukraynalıları məhv etmək yolunu seçdiyini bildirib.

Onun fikrincə, ruslar terrorçulardan da betərdir. “Terrorçular nəyisə ələ keçirəndə nələrisə alıb geri qayıtmaq istəyirlər. Amma bunlar belə deyil. Onlar doymaz terrorçulardır. Onlar geri qayıtmayacaqlar. Heç yerə getməyəcəklər. Bu, Rusiyanın müharibəni dayandırmaq istəmədiyini göstərir”, - deyə Ukrayna dövlət başçısı əlavə edib

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ