Pekindən Vaşinqtona XƏBƏRDARLIQ
Tarix: 6-08-2022, 19:47
Baxılıb: 1 018
Google+ Paylaş
Tumblr Paylaş

Pekindən Vaşinqtona XƏBƏRDARLIQ

6-08-2022, 19:47

"ABŞ-ın Tayvandan Çinə nəzarəti həyata keçirmək üçün istifadə etməsi sadəcə bir fantaziyadır".

Bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.

Onun sözlərinə görə, Çin öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcək:

"Eyni zamanda, Pekin ABŞ-ın “Çinə nəzarəti təmin etmək üçün Tayvandan istifadə etmək” cəhdlərini dayandıracaq. Daxili işlərə qarışmamaq prinsipinə məhəl qoyulmasa, o zaman dünya cəngəllik qanununa qayıdacaq. ABŞ isə daha ehtiyatsız davranaraq digər ölkələri qorxudacaq. Biz buna yol verə bilmərik və bunun qarşısını almaq üçün bütün ölkələr birləşməlidir. Hazırda 100-dən çox ölkə “Vahid Çin” siyasətinə sadiqliyini açıq şəkildə təsdiqləyir. Dünyada yalnız bir Çin var, o da ÇXR-dir. ÇXR hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir, Tayvan isə Çinin bir hissəsidir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən paylaşılan ədalətin səsidir”, - Vanq Yi əlavə edib

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ