Rusiya İran üçün casus peyki buraxacaq
Tarix: 5-08-2022, 08:24
Baxılıb: 1 013
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya İran üçün casus peyki buraxacaq

5-08-2022, 08:24

Avqustun 9-da Rusiya İranın “Xəyyam” peykini Baykonur kosmodromundan orbitə çıxaracaq ki, bu da Tehrana Yaxın Şərqdəki hərbi hədəfləri izləməyə kömək edəcək

Bu barədə "The Washington Post"un Amerika kəşfiyyatına istinadən məlumat yayıb.

İlk bir neçə ay ərzində bu peyk Rusiya hərbçilərinin sərəncamında olacaq və onlar ondan Ukrayna ərazisində xüsusi hərbi əməliyyatlar zonasında vəziyyətə nəzarət etmək üçün istifadə edəcəklər.

Amerika kəşfiyyat xidmətindəki mənbə nəşrə izah edib ki, peyk yüksək ayırdetmə qabiliyyətinə malik kameraya malikdir, lakin bu qurğu öz taktiki və texniki xüsusiyyətlərinə görə Amerika və İsrail kəşfiyyat peyklərindən geri qalır.

Həmçinin bildirilir ki, Vaşinqton İranın kosmik proqramını necə inkişaf etdirdiyini diqqətlə izləyir. ABŞ hesab edir ki, İran peyki İsraili və Fars körfəzinin ərəb ölkələrini izləmək üçün istifadə olunacaq

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ