İranda əcnəbi diplomatlar niyə həbs olundu?
Tarix: 7-07-2022, 08:20
Baxılıb: 1 096
Google+ Paylaş
Tumblr Paylaş

İranda əcnəbi diplomatlar niyə həbs olundu?

7-07-2022, 08:20

İslam İnqilabı Keşikçiləri Korpusu Britaniya səfirinin müavinini və daha iki əcnəbini “casusluq” fəaliyyətinə görə həbs edib.

Bu barədə "Sinxua" yerli KİV-ə istinadla yazır.

“Böyük Britaniya səfirinin müavini turist kimi ailəsi ilə birlikdə Şahdad səhrasına (İranın mərkəzində) gedib, lakin əldə edilən görüntülər onun ərazidə torpaq nümunələrini topladığını göstərir”, - məqalədə deyilir.

Digər həbs edilən şəxs Avstraliya səfirliyinin mədəniyyət məsləhətçisinin həyat yoldaşıdır və o, Semnan əyalətinin Damqan kəndinə baş çəkib və orada da torpaq nümunələri götürüb.

İran akademik mübadilə proqramı ilə ölkədə olan polşalı alim Maciesz Valzakı da həbs edib. O da guya turist adı altında İslam İnqilabı Keşikçiləri Korpusunun raket sınaqları keçirdiyi Kirman vilayətinin Şahdad bölgəsinə səfər edib. Alim torpaq, su, duz və digər maddələrdən nümunələr toplayıb

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ