Tarix: 5-07-2022, 14:31
Baxılıb: 1 022
İranda ağır yol qəzası olub
5-07-2022, 14:31
Tehran-Kuhdəşt sərnişin avtobusu Əraq-Burucerd yolunda aşıb.
Bu barədə Lorestan əyalətinin Təcili Tibbi Yardım İdarəsinin rəisi məlumat yayıb.
Məlumata görə, səhər saatlarında baş verən hadisədə 2 nəfər ölüb, 59 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəzanın baş verməsinə səbəb avtobusda yaranan texniki nasazlıq olub. Belə ki, avtobusun əyləc sistemində yaralanan problem onun aşması ilə nəticələnib.
скачать dle 12.1