Zaxarovadan ŞOK HƏDƏ: “Cavabımız diplomatik yox, praktiki olacaq”
Tarix: 22-06-2022, 23:49
Baxılıb: 1 163
Google+ Paylaş
Tumblr Paylaş

Zaxarovadan ŞOK HƏDƏ: “Cavabımız diplomatik yox, praktiki olacaq”

22-06-2022, 23:49

Moskvanın Litvanın Avropa İttifaqının sanksiyaları altında olan malların Kalininqrad vilayətinə tranzitini qadağan etməsinə reaksiyası diplomatik yox, praktik xarakter daşıyacaq.
Avromedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Əsas suallardan biri cavabın diplomatik olub-olmayacağı ilə bağlıdır. Cavab “yox”dur. Cavab diplomatik deyil, praktiki olacaq”, – XİN-in sözçüsü bildirib.
Zaxarova Rusiyanın Litvaya qarşı həyata keçirməyi planlaşdırdığı əməli tədbirlərin mahiyyətini açıqlamayıb.
Litva iyunun 18-də Kalininqrad vilayəti ilə Rusiyanın əsas ərazisi arasında sanksiyaya məruz qalan yüklərin daşınmasını dayandırıb. Bundan sonra Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov bildirib ki, Litvanın bu qərarı regionun iqtisadi cəhətdən blokadaya alınması deməkdir. Onun sözlərinə görə, Rusiya qərarın yenidən nəzərdən keçirilməsini tələb edəcək.
Federasiya Şurasının üzvü Andrey Klişas isə Rusiyanın buna cavabının çox sərt olacağını deyib. Teleqraf.com
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ