Zelenski Ərdoğandan onu xahiş etdi ki...
Tarix: 21-05-2022, 08:00
Baxılıb: 2 720
Google+ Paylaş
Tumblr Paylaş

Zelenski Ərdoğandan onu xahiş etdi ki...

21-05-2022, 08:00

Ukrayna dünyanın ən böyük təyyarəsi AN-225 “Mriya”nı yenidən bərpa etmək istəyir.

Yeni təyyarənin tikintisi ən azı 800 milyon dollara başa gələcək.

Ukrayna Prezidenti Zelenski bildirib ki, o, Türkiyə Prezidentinə ikinci “Mriya”nın tikilməsi təklifi ilə müraciət edib:

"Pul tapa bilmədik. Lakin bu, pul məsələsi deyil, ambisiya məsələsidir. Bu, dövlətimizin və bu müharibədə həlak olan bütün mükəmməl peşəkar pilotların imicinə aid məsələdir”, - deyə Zelenski vurğulayıb.

Yeni “Mriya” həlak olan ukraynalı pilotların xatirəsinə həsr olunacaq.

Qeyd edək ki, fevralın 27-də Kiyev yaxınlığındakı Qostomel hava limanına rus qoşunlarının hava hücumu nəticəsində Ukrayna istehsalı olan ən böyük və güclü AN-225 “Mriya” təyyarəsi yandırılıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ