Paşinyan vətəndaşlarından çəkinir?- MÜRACİƏT ETDİ
Tarix: 20-05-2022, 19:03
Baxılıb: 2 766
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyan vətəndaşlarından çəkinir?- MÜRACİƏT ETDİ

20-05-2022, 19:03

Ermənistan vətəndaşları hökumətin elan etdiyi sülh gündəliyini həyata keçirmək üçün hakimiyyətə mandat verib. Biz ölkəyə demokratiya bəxş etdiyimiz kimi sülh də gətirməliyik. Ermənistanda bu missiya ətrafında birləşmiş siyasi güc var. Bütün demokratik qüvvələr bu missiya ətrafında birləşməlidir”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan “Freedom House” təşkilatı tərəfindən həyata keçirilən Erməni Demokratiya Forumunda səsləndirib:

“Ermənistanda demokratiyanın ən vacib institutu vətəndaş institutudur. Bu institutlar demokratiyanın təminatçısıdır, qərarların qəbulunun əsas subyektidir. Müharibədən sonra (2020-ci ilin payızında) Ermənistan böyük sarsıntılar keçirdi, lakin dövlətçiliyinin dağılmasının qarşısını məhz vətəndaşlar aldı. Demokratiya Ermənistanın suverenliyinin qorunub saxlanmasının qarantıdır. Ölkənin daxili və xarici təhlükəsizliyini təmin edə biləcək amil məhz demokratiyadır” – Paşinyan vurğulayıb.

Tədbirdə ABŞ və Avropa İttifaqının səfirləri Lin Treysi və Andrea Viktorin də iştirak edirlər. Forum müxalifətin Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası fonunda keçirilir. Forumun keçirildiyi otelin binası polis tərəfindən mühasirəyə alınıb.

“Biz bu diktatura rejimini dəstəkləyən Treysiyə onun Ermənistanda heç bir işi olmadığını söyləməyə gəlmişik. Ermənistanda demokratiya böhranı formalaşıb” – müxalifət nümayəndələri bildiriblər. Paşinyan isə nümayişçilərin təhqiramiz şüarları altında binaya daxil olub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ