Tarix: 20-05-2022, 16:24
Baxılıb: 1 392
Talibandan daha bir QADAĞA
20-05-2022, 16:24
"Taliban" hökuməti Əfqanıstanda fəaliyyət göstərən qadın teleaparıcılara geyim qadağası qoyub.
Televiziya efirinə çıxan qadınlar üzlərini qapatmalı, diqqətçəkici geyimdən imtina etməlidirlər.
Dünən media rəsmiləri ilə danışdıq. Tövsiyəmizi məmnuniyyətlə qəbul etdilər. Bu qərar əfqanlar tərəfindən də yaxşı qarşılanacaq" , - deyə "Taliban"ın Əxlaq Nazirliyinin sözçüsü Akif Məhəcər vurğulayıb.
Onun sözlərinə görə, xanım teleaparıcılara mayın 21-dək vaxt verilib. Yeni tələblərə əməl etməyənlər cəzalandırılacaq.
Qeyd edək ki, əfqan qadınların əksəriyyəti hicab geyinir, lakin Kabil kimi böyük şəhərlərdə qadınlar üzlərini örtmürlər. "Taliban"ın hakimiyyətə gəlişindən sonra qadınların məcburi şəkildə çadra geyinməsi tələbi qoyulub.
скачать dle 12.1