Rusiya hələ də müharibənin nəticələrini anlamır - Podolyak
Tarix: 18-05-2022, 21:19
Baxılıb: 1 177
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya hələ də müharibənin nəticələrini anlamır - Podolyak

18-05-2022, 21:19

Rusiya ilə danışıqlar prosesi müharibənin nəticələrini hələ tam dərk etmədiyi üçün dayanıb. Hazırda danışıqlar mümkün deyil.
Avromedia.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak çıxış edib.
“Təbii ki, danışıqlar bu gün dayandırılıb. Ukrayna prezidentinin mövqeyi bizim üçün önəmlidir. O deyəndə ki, danışıqlara başlamaq lazımdır, hansısa mövqelərə çatmaq lazımdır, biz bunu edəcəyik. Amma bu gün mümkün deyil. Rusiya hələ də müharibənin nəticələrini anlamır. Onların Ukraynanın şərqində müəyyən hərbi uğurlar qazana biləcəkləri ilə bağlı illüziyalar var – bu, belə deyil. Onlarda hələ tam potensialı ilə işə başlamamış sanksiyalarla mübarizə apara biləcəkləri illüziyası var və Rusiya hələ də işğalçı dövlətin əziyyət çəkməli olduğu sanksiyalardan əziyyət çəkmir. Ancaq bu belə deyil və yayın ortasında bir yerdə onlar artıq tam şəkildə əziyyət çəkəcəklər. Rusiya pariya ölkəsi olduğunu hələ tam başa düşməyib”, - Podolyak qeyd edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ