Tarix: 3-05-2022, 10:56
Baxılıb: 1 703
İrəvanda vəziyyət yenidən pisləşdi
3-05-2022, 10:56
Səhər saatlarında erməni müxalifət fəallarından ibarət qruplar baş nazir Nikol Paşinyanın istefasını tələb edərək yenidən Yerevanın mərkəzi küçələrini bağlamağa başlayıb.
Etiraz aksiyaları yerli portallar tərəfindən real vaxt rejimində yayımlanır.
Bu dəqiqələrdə prospektlərdən biri artıq bağlanıb, böyük tıxac yaranıb. Fəallar hökumət əleyhinə şüarlar səsləndirirlər.
Aksiyada Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da iştirak edir.
Hazırda polis böyük qüvvələr toplayıb və yolda hərəkətin bərpa olunmasını tələb edir
скачать dle 12.1