İrəvanda aksiyalar davam edir- YENİLƏNİB
Tarix: 2-05-2022, 08:09
Baxılıb: 1 483
Google+ Paylaş
Tumblr Paylaş

İrəvanda aksiyalar davam edir- YENİLƏNİB

2-05-2022, 08:09

Ermənistan müxalifəti İrəvanın mərkəzində etiraz aksiyalarına başlayıb.

Etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

“Bu gün erməni millətinin reinkarnasiyası günüdür. Biz müharibələrdə ölənlərimizə söz veririk ki, məqsədimizə çatacağıq”, - Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan bildirib.

***

Ermənistanın birləşmiş müxalifəti İrəvanın mərkəzindəki Fransa meydanında çadırlar qurub gecələməyə hazırlaşır və bazar ertəsi genişmiqyaslı vətəndaş itaətsizliyi aksiyalarına başlayacaq.

Bunu mitinqdə parlamentin vitse-spikeri, “Daşnaksütyun” partiyasının idarə heyətinin nümayəndəsi İşxan Saqatelyan deyib.

***

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan İrəvanda oturaq aksiya keçirən müxalifətin düşərgəsini ziyarət edib.

O, etirazçılarla söhbətləşib, foto çəkdirib.

Qeyd edək ki, bazar günü keçirilən aksiyada ölkənin ikinci prezident olmuş Robert Köçəryan da iştirak edib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ