Tarix: 29-04-2022, 19:54
Baxılıb: 2 204
Kabildə məsciddə güclü partlayış olub
29-04-2022, 19:54
Kabildə məsciddə güclü partlayış baş verib.
Bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayı 50-ni ötüb.
Qeyd olunub ki, hadisə şəhərin qərbində yerləşən Xəlifə Sahib məscidində namaz vaxtı baş verib.
Qeyd edək ki, cümə günü səhər saatlarında "Aamaj News" agentliyi Əfqanıstan paytaxtının Dar-ül-Aman küçəsi yaxınlığındakı məsciddə gurultulu partlayışın baş verdiyi barədə məlumat yayıb.
скачать dle 12.1