Türkiyənin Muğla əyalətində zəlzələ qeydə alınıb.
Avromedia.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19:11-də Datça rayonunda 3,6 bal gücündə qeydə alınıb.
Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.