Tarix: 14-04-2022, 18:32
Baxılıb: 1 595
Bayden Kiyevə gedəcək?
14-04-2022, 18:32
ABŞ prezidenti Bayden Ukraynaya səfər edə bilər.
Bu barədə Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat yayıb.
O bildirib ki, dövlət başçısının səfəri ciddi səviyyədə planlaşdırılmayıb, hələlik buna dair sadəcə müzakirə gedir:
"Prezident ukraynalılarla həmrəylik nümayiş etdirmək üçün, Ukraynaya getmək fürsətinə malik olsa, çox şad olardı”
C. Sallivan vurğulayıb ki, ABŞ Moskva ilə Kiyev arasında danışıqlar prosesində birbaşa iştirak etmir:
"Çünki hesab edirik ki, diqqət mərkəzində ukraynalılar olmalıdır və biz onları dəstəkləməliyik. Vaşinqton Ukraynadakı vəziyyətlə bağlı Kiyev rəsmiləri ilə mütəmadi məsləhətləşmələr aparır".
скачать dle 12.1