Putin 20 generalı işdən çıxartdı?
Tarix: 14-04-2022, 16:30
Baxılıb: 3 031
Google+ Paylaş
Tumblr Paylaş

Putin 20 generalı işdən çıxartdı?

14-04-2022, 16:30

Rusiyanın keçmiş “YUKOS” neft şirkətinin rəhbərlərindən biri, hazırda İsraildə yaşayan iş adamı Leonid Nevzlin Moskvadakı mənbələrinə istinadla şok iddialar irəli sürüb.

O, “Facebook” səhifəsində Rusiya ordusunda kütləvi həbslərin olduğunu və müdafiə naziri Sergey Şoyqunun infarkt keçirdiyini bildirib.

Leonid Nevzlin yazıb:

“Şoyqu oyundan kənardadır, sağ qalsa, əlil ola bilər. Qəfildən kütləvi infarkt keçirib, reanimasiyadadır, cihazlara qoşulub. Şayiələrə görə, infarkt təbii səbəblərdən baş verməyib.

Müdafiə Nazirliyinin 20 generalı həbs edilib. Hamısı Baş Qərargah generalıdır. Hər şey aydındır - Ukrayna rəhbərliyinin və əhalisinin Rusiyanın xilaskar ordusunun təntənəli şəkildə qarşılanmasına hazırlıq üçün ayrılan vəsaitin total mənimsənilməsi. 2014-cü ildən bəri Putinin “blitskrieg” (ildırımsürətli müharibə - red.) ayırdığı 10 milyard dollara yaxın vəsait oğurlanıb.

Məsələnin gülməli tərəfi var. Arkadi Dvorkoviçə qarşı cinayət işi hazırlanır, onun həmkarlarına və dostlarına qarşı ifadə verməsi gözlənilir. FSB-dəki mənbələr bildirirlər ki, o, istintaqla sövdələşməsə, “Matrosskaya Tişina” və ya “Lefortovo” istintaq təcridxanasına köçürüləcək.

Surkov ev dustağındadır, o, müharibəyə hazırlıq üçün ayrılmış pulları oğurlamaqda şübhəli bilinir, bu, 20 generalın həbs olunması eyni “işə” daxildir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ