Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bu həftə sonu Ukraynaya gedəcək.
Avromedia.az xəbər verir ki, bu barədə “İnterpressnews” məlumat yayıb.
Spikeri Ukrayna səfərində kimin müşayiət edəcəyi bəlli deyil.
Qeyd edək ki, daha öncə Ş.Papuaşvili Ukraynanın Buça şəhərinə səfərdən imtina etmişdi.