Ukrayna kəşfiyyatı daha bir SƏS YAZISI yayımladı - VİDEO
Tarix: 19-03-2022, 22:37
Baxılıb: 1 411
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna kəşfiyyatı daha bir SƏS YAZISI yayımladı - VİDEO

19-03-2022, 22:37

Ukraynada xüsusi əməliyyatda iştirak edən Rusiya ordusunun hərbçisinin telefon danışığı ələ keçirilib.
Avromedia.az xəbər verir ki, Ukrayna kəşfiyyatı rus hərbçinin telefon danışığını ələ keçirib. Yayılan telefon danışığında rus ordusunun acınacaqlı durumda olduğu, qida, siqaret və s. çatışmazlığından mağazalardan, həyətlərdən oğurluq etdikləri bildirilir.
Öldürülən hərbçilərin isə sayı-hesabı olmadığı vurğulanır. Məhv edilən hərbçilərin əksəriyyətinin çeçen olduğu deyilir.
Rusiyada itkilər barədə məlumat verilməsə də, xalqın həqiqətdən məlumatlı olduğu aydındır. Meyitlərin “KAMaz”larla gətirildiyi də qeyd edilir.
Rus hərbçi hər şeyin dəhşətli olduğunu, yemək tapmadıqlarını, ac olduqlarını bildirir.
Telefonda Rusiyadan danışan qızın “siz ərzaqları yerli camaata verirsiniz, yaxud onlar sizə yemək verirlər, nənələr sizi görüb sevindiklərindən ağlayır və sizi yedizdirirlər” sualına rus ordusunun əsgəri belə cavab verir:
“Aha, yedirirlər. Bir nənə “peraşki” yedirdi, 8 nəfərimiz öldü”.
Qızın “nənə nə yedirdi onlara” sualına oğlan  “zəhər” deyərək cavab  verir.
Daha ətraflı videoda:
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ