Parisdə məşhur fotoqraf donaraq ölüb
Tarix: 26-01-2022, 09:25
Baxılıb: 2 026
Google+ Paylaş
Tumblr Paylaş

Parisdə məşhur fotoqraf donaraq ölüb

26-01-2022, 09:25

Parisdə məşhur fotoqraf Rene Robert şəhərin mərkəzi küçələrinin birində huşunu titrəyərək yerə yıxılıb və ətrafda olan insanların heç biri əraziyə təcili tibbi yardım avtomobili çağırmayıb”.

Bunu “RTL” radiosunda çıxış edən mərhumun dostu və müsiqçi Mişel Momponte bildirib.

Onun sözlərinə görə, 18 yanvar axşamı fotoqraf gəzmək üçün küçəyə çıxıb. Bu zaman o, huşunu itirərək yerə yıxılıb. Baş nahiyəsindən güclü zərbə aldığı üçün 6 saata yaxın küçədə qalıb:

“Bu zaman kəsiyində heç bir şəxs təcili tibbi yardım avtomobilini çağırmağa ehtiyac görməyib. Yalnız səhər saatlarında küçədə yaşayan şəxs əraziyə həkim çağırıb. Xəstəxanaya aparılan 84 yaşlı fotoqrafa kəllə-beyin travması və ağır hipotermiya diqanozu qoyulub. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edək ki, Rene Robert ömrünün 50 ilini fotoqrafiya sənətinə həsr edib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ