Avropada təbii qazın hər 1 000 kubmetrinin qiyməti 1 100 dolları keçib.
Avromedia.az xəbər verir ki, bu barədə Niderlandın TTF birjasının məlumatında bildirilib.
Məlumata əsasən, ötən günün qiyməti ilə müqayisədə qaz 19,4 faiz ucuzlaşıb.
Qeyd edək ki, ötən ilin dekabrın 21-də təbii qazın qiyməti tarixdə ilk dəfə min kubmetr üçün 2 min dollar həddini keçmişdi.