Tarix: 24-01-2022, 08:58
Baxılıb: 1 028
Bu Ermənistan üçün təhlükədir- ŞOK AÇIQLAMA
24-01-2022, 08:58
Armen Sərkisyanın prezidentlikdən getməsinin geosiyasi anlamı var.
Bunu “Ermənistan” fraksiyasının deputatı Artur Qazinyan deyib.
Onun sözlərinə görə, istefanın niyə indi və bazar günü axşam elan edildiyi aydın deyil:
"Bir neçə gün əvvəl Sərkisyan 200 MVt gücündə günəş stansiyası üçün BƏƏ-dən maliyyə alıb və bildirilib ki, bu, hələ başlanğıcdır. Hadisələr çox sürətlə inkişaf edir və istefanın aşkar geosiyasi çalarları var".
Deputatın fikrincə, yalnız bir məqamla mübahisə etmək olmaz - Ermənistanda siyasi dəyişikliklər baş verib və sonrakı proseslər hakimiyyətin tamamilə dəyişməsinə gətirib çıxara bilər.
"Ayıq və tədbirli olmaq lazımdır. Burda Ermənistan dövlətçiliyinin mövcudluğu məsələsi var", - o bildirib
скачать dle 12.1