Türkiyə məhsullarına qarşı embarqo ləğv edilir
Tarix: 22-01-2022, 15:13
Baxılıb: 1 032
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə məhsullarına qarşı embarqo ləğv edilir

22-01-2022, 15:13

Səudiyyə Ərəbistanı Türkiyə məhsullarına qoyduğu embarqonu ləğv etmək qərarına gəlib.

Bu barədə “Türkiyə qəzeti” məlumat yayıb.

“Türkiyənin ən mühüm ticarət tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanına edilən ixracat embarqo səbəbindən 2,7 milyard dollardan 189 milyon dollara düşmüşdü. Səudiyyə Ərəbistanı embarqonu ləğv etməklə Türkiyə ilə həm diplomatik, həm də iqtisadi sahədə yeni səhifə açmağı planlaşdırır.

Qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevral ayında bu ölkəyə səfəri çərçivəsində açıqlanacaq. Bu qərarla iki ölkə arasında ticarət dövriyyəsinin 3 milyard dollara çatacağı gözlənilir”, - nəşr yazır.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ