Türkiyə və İran yenidən danışıqlarda
Tarix: 15-01-2022, 15:56
Baxılıb: 1 488
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə və İran yenidən danışıqlarda

15-01-2022, 15:56

Bu həftə Türkiyənin "BOTAŞ" (Boru Xətləri ilə Yanacaq Daşıma) şirkəti və İran Milli Qaz Şirkəti arasında danışıqlar başlayır.

Bunu İranın neft naziri Cavad Ovci deyib.

O bildirib ki, Türkiyə ilə təbii qaz müqaviləsinin uzadılması, İran Neft Nazirliyi və İran Milli Qaz Şirkətinin (NIGC) gündəmindəki məsələlərdən biridir: “Yeni müqaviləyə görə, Türkiyəyə qaz ixracı 2026-cı ilədək davam edəcək. Bu həftə BOTAŞ və İran Milli Qaz Şirkəti arasında danışıqlara başlanılacaq”.

İran Türkiyəyə Rusiyadan sonra ikinci təbii qaz tədarükçüsüdür. Tehran Türkiyəyə elektrik enerjisi istehsalı üçün 25 illik təbii qaz tədarükü müqaviləsi çərçivəsində ildə, təxminən, 10 milyard kubmetr qaz satır.

Qaz Təbrizdən Ankaraya 2 577 kilometrlik (1 601 mil) boru kəməri ilə ixrac edilir

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ