Saakaşvili bunu da rədd etdi
Tarix: 27-11-2021, 20:30
Baxılıb: 2 059
Google+ Paylaş
Tumblr Paylaş

Saakaşvili bunu da rədd etdi

27-11-2021, 20:30

Saakaşvili onun üçün Almaniyadan masajçı gətirməyimizi istəmir ki?".

Bu sözləri Tiflis meri Kaxa Kaladze "Palitranews"in efirində eks-prezidentin xaricdə müalicə olunma ehtimalına münasibət bildirdiyi zaman deyib.

Onun sözlərinə görə, insanlar 2012-ci ilədək baş verənləri unutmayıb: "Saakaşvili başqa xidmətlər də təklif etməyimizi istəmir ki? Hakimiyyətdə olduğu zaman büdcə hesabına Almaniyadan masajçı gətirdiyi kimi, biz də gətirək? Biz hüquqi dövlətdə yaşamaq istəyirik, nə olsun ki, o siyasətçidir, yüksək vəzifəli məmurdur, ölkə prezidenti olub və sair. O, cinayət törədib və qanun qarşısında cavab verməlidir. 2012-ci ilədək baş verənləri unutmamışıq, cəmiyyətə münasibətin necə olduğunu, ölkə vətəndaşlarına münasibətin necə olduğunu yaxşı xatırlayırıq. Həbsxanalarda nələrin baş verdiyini, biznesə qarşı necə münasibətlər olduğunu, küçələrdə gənclərin necə öldürüldüyünü kimsə unutmayıb".

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ