Putin İlham Əliyevdən danışdı
Tarix: 22-10-2021, 08:15
Baxılıb: 2 346
Google+ Paylaş
Tumblr Paylaş

Putin İlham Əliyevdən danışdı

22-10-2021, 08:15

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bütün çətinliklərə baxmayaraq Qarabağda qan tökülməsini dayandırmaq qərarına gəldikdə siyasi müdriklik nümayiş etdirdilər.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq klubunun iclasında çıxışında bildirib.

"Birincisi, həm Azərbaycan Prezidentinin (İlham Əliyevin-red), həm də Ermənistanın Baş nazirinin siyasi müdrikliyinə hörmətlə yanaşmalıyam. Yenə də hadisələrin bütün faciələrinə baxmayaraq, onlar bir anlıq siyasi vəziyyətdən yuxarı qalxmağı və çox məsuliyyətli qərar qəbul etməyi bacardılar", - deyə Putin vurğulayıb.

"Yenə də Prezident Əliyev və baş nazir Paşinyan qan tökülməsinin qarşısını ala bildilər", - Rusiya lideri qeyd edib.

"Azərbaycan Naxçıvanla normal əlaqə qurmaqda, eləcə də kommunikasiyaların açılmasında maraqlıdır, bu, Ermənistanın qarşısında duran ən vacib vəzifələrdən biridir. Ermənistan regionda effektiv iqtisadi həyat qurmaq, qarşılıqlı əlaqə yaratmaq, o cümlədən gələcəkdə Azərbaycanla münasibətlərin qurulması, Türkiyə ilə dondurulmuş münasibətlərin açılmasında prinsipcə maraqlıdır”, - Rusiya Prezidenti bildirib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ