Latviya Belarusla sərhəddə fövqəladə rejim müddətini uzatdı
Tarix: 19-10-2021, 21:15
Baxılıb: 1 163
Google+ Paylaş
Tumblr Paylaş

Latviya Belarusla sərhəddə fövqəladə rejim müddətini uzatdı

19-10-2021, 21:15

Latviya Belarusla sərhədində davam edən miqrasiya böhranı ilə əlaqədar olaraq, dörd sərhəd bölgəsində fövqəladə rejimin 10 fevral 2022-ci il tarixinə qədər uzadılmasına qərar verib.
Latviya Dövlət Sərhəd Mühafizə Xidmətindən verilən məlumata görə, 18 oktyabr bazar ertəsi günü sərhədçilər Belarusdan sərhədi qanunsuz keçmək üçün edilən 15 cəhdin qarşısını alıblar.
Fövqəladə rejimin tətbiqindən bəri üçüncü ölkədən dövlətin ərazisinə girməyə çalışan 402 immiqrant sərhəddə saxlanılıb.
Daha əvvəl fövqəladə vəziyyət 11 avqustdan 10 noyabra qədər müəyyən edilmişdi.
Mənbə: BB.LV.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ