Paşinyan Putinlə görüşündən yazdı
Tarix: 13-10-2021, 08:44
Baxılıb: 2 126
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyan Putinlə görüşündən yazdı

13-10-2021, 08:44

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə çərşənbə axşamı Moskvada baş tutan görüşünü səmərəli adlandırıb.

Bu barədə "Twitter"də yazıb.

"Bu gün (red: çərşənbə axşamı) Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm. Görüş çox məhsuldar keçdi. Həm ikitərəfli gündəmi, həm də bölgədəki vəziyyəti müzakirə etdik. Əldə olunan razılaşmaları həyata keçirmək üçün təmasları davam etdirəcəyik", - deyə o, bildirib.

Daha əvvəl Ermənistan hökumətinin mətbuat xidməti Paşinyanla Putinin İrəvan və Moskvanın müttəfiq gündəliyi, regional təhlükəsizlik məsələləri, Dağlıq Qarabağla bağlı bəyanatların icrası, eləcə də inteqrasiya birliklərində qarşılıqlı əlaqəni müzakirə edəcəklərini açıqlamışdı.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ